TƏHLÜKƏSİZLİYİNİZ ÜÇÜN PEŞƏKAR YANĞIN TƏHLÜKƏSİZLİYİ HƏLLƏRİ


STOPFIRE şirkəti yanğın təhlükəsizliyi sahəsində müasir həllərin tətbiqi, yanğınsöndürmə avadanlıqlarının təchizatı və texniki xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərir.


Şirkətimiz aşağıdakı xidmətləri təqdim edir:

  •  yanğın risklərinin qiymətləndirilməsi və təhlükəsizlik ehtiyaclarının təhlili;
  •  yanğın təhlükəsizliyi sistemlərinin layihələndirilməsi;
  •  yanğınsöndürmə avadanlıqlarının təchizatı və quraşdırılması;
  •  yanğın siqnalizasiya və xəbərdarlıq sistemlərinin montajı;
  •  yanğınsöndürən balonların doldurulması, texniki baxışı və servisi;
  •  avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması və texniki xidməti;
  •  yanğın təhlükəsizliyi üzrə audit və məsləhət xidmətləri;
  •  müəssisələr üçün yanğın təhlükəsizliyi təlimlərinin təşkili;
  •  avadanlıqların texniki dəstəyi və mütəmadi servis xidməti.


Fəaliyyətimiz ərzində əldə etdiyimiz təcrübə və peşəkar yanaşma sayəsində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün etibarlı və effektiv yanğın təhlükəsizliyi həlləri təqdim edirik. Bütün layihələr qüvvədə olan norma və standartlara uyğun şəkildə həyata keçirilir.


ƏMƏKDAŞLIĞIN ÜSTÜNLÜKLƏRİ 

  •  Peşəkar və təcrübəli mütəxəssislər komandası;
  •  Müasir və sertifikatlaşdırılmış avadanlıqlar;
  •  Fərdi yanaşma və kompleks həllər;
  •  Operativ texniki dəstək və servis xidməti;
  •  Təhlükəsizlik standartlarına tam uyğunluq;
  •  Layihələndirmədən quraşdırma və xidmətə qədər tam xidmət paketi.


STOPFIRE – təhlükəsizliyiniz üçün etibarlı tərəfdaşınız!